Yuxarı

Xankəndinin təhvil-təslim prosesi niyə 3 ay davam edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı separatçı rejimin özünü rəsmi olaraq buraxmasından sonra müzakirə olunan məsələlərdən biri də “prosesin niyə 2024-cü ilin 1 yanvar tarixinə” qədər davam etməsi, yaxud “niyə indi tam ləğv edilməməsi” ilə bağlıdır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu məsələlər həm Ermənistanda, həm Azərbaycanda müzakirə olunur.

Ermənistanda müxtəlif iddialar irəli sürülür. İddia olunur ki, Paşinyan hakimiyyəti separatçılardan belə istəyib və 1 yanvarı - Yeni il bayramını ermənilər üçün “yasa” çevirməyi planlaşdırırlar.

Azərbaycanda isə belə iddialar irəli sürülür ki, qarşıdakı 3 ay ərzində vəziyyət dəyişə və separatçılar yenidən dirçələ bilərlər. 3 aylıq vaxt məsələsi də Rusiyanın planıdır.

Bu iddiaların inandırıcılığı yoxdur. Təbii ki, Ermənistanda kimlərin hansı iddia irəli sürdüyü, nələr uydurduğu bizim üçün maraqlı deyil. Azərbaycanda irəli sürülən iddialar isə reallığa uyğun gəlmir və mövcud reallıqlar nəzərə alnmadan irəli sürülən iddialar absurd görünür.

Birincisi, qarşıdakı üç ay ərzində Qarabağda separatçıların dirçəlməsi üçün hərbi, siyasi, iqtisadi imkanları praktiki olaraq yoxdur;

İkincisi, nəinki Rusiya, istənilən güc bu vəziyyəti dəyişdirə bilməz.

Özünü buraxan separatçılara 3 ay – 1 yanvar 2024-cü il tarixinə qədər vaxtın verilməsinin yeganə səbəbi təhvil-təslim prosesinin həyata keçirilməsidir. Azərbaycan bunu 24 saat ərzində də edə bilər, lakin belə bir addım erməni əhalisinin reinteqrasiyası prosesində problemlər yarada bilər, o baxımdan, Xankəndidə mərkəzi hakimiyyətin bərpası mərhələ-mərhələ həyata keçiriləcək. Və bayrağımızın ən gec 3 ay sonra Xankəndidə dalğalanacağı şübhəsizdir.

Tarix
2023.09.29 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla