Yuxarı

Zelenskinin Trampla telefon danışığının təfərrüatı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskinin Trampla telefon danışığının təfərrüatı açıqlandı

00:29

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat yayıb.

"Prezident Zelenski Prezident Trampla telefon danışığı aparıb. Biz onun nəticələrinə əsasən təfərrüat barədə məlumat verəcəyik", - Nikiforov bildirib.

Qeyd edək ki, Tramp Zelenski ilə telefon danışığı aparacağı haqda məlumat yaymışdı.

***

Xalqlarımızı Avropada Qələbə Günü – nasizm üzərində qələbə münasibətilə təbrik etdik. Ali Radanın iqtisadi tərəfdaşlıq sazişini ratifikasiya etməsini alqışladıq – bu, əməkdaşlıq üçün çoxsaylı yeni imkanlar açan həqiqətən də tarixi bir sənəddir. Sülh naminə atıla biləcək konkret addımlar da daxil olmaqla, bundan sonrakı səylərin zəruriliyini müzakirə etdik.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı barədə Teleqram hesabında yazıb.

Bundan əlavə, onun sözlərinə görə, Tramp cəbhədəki vəziyyətlə maraqlanıb. Ukrayna prezidenti həmçinin vurğulayıb ki, ölkəsi 30 günlük atəşkəsə “elə bu gündən” başlamağa hazırdır:

“Biz Rusiyadan bu təkliflə razılaşmasını gözləyirik. Mən həmçinin təsdiqlədim ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır. Amma bunun üçün Rusiya müharibəni bitirmək niyyətində ciddi olduğunu göstərməli, tam və qeyd-şərtsiz atəşkəslə başlamalıdır. Prezident Tramp müharibənin sona çatmasını istədiyini, bu istiqamətdə yardım etməyə hazır olduğunu və atəşkəsin zəruriliyini dəstəklədiyini təsdiqlədi. Gələcək təmasları razılaşdırdıq”.

Tarix
2025.05.09 / 01:06
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla