Yuxarı

Tehran Qriqoryanı təcili çağırdı: Bakı ilə bağlı “narahatlıq”…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran yalnız Zəngəzur dəhlizinin açılmasından narahat deyilmiş. Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb. Tehran Azərbaycanın ildırım sürətilə Qarabağın tamamını nəzarətə götürməsini gözləmirdi. Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycanın 24 saat sürən uğurlu antiterror tədbirlərindən dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. Ümumiyyətlə, Tehran Armen Qriqoryanı az qala hər ay Tehrana dəvət edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, İranın ilk narahatlığı həmişəki kimi Zəngəzur dəhlizi ilə əlaqəlidir:

“Tehran hesab edir ki, Azərbaycan uğurlu antiterror tədbirlərindən sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə də bu məsələdə Bakıya dəstəyi artıracaq. Tehran qorxur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək Zəngəzur dəhlizini açacaq. Ona görə də Tehran Qriqoryan vasitəsilə Paşinyana “möhkəm ol, mövqeyindən çəkinmə!” mesajını göndərir”.

Şahinoğlu bildirib ki, Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır:

“Azərbaycanın uğurlu antiterror əməliyyatı İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran məhz bu ruh yüksəkliyindən narahatdır. Ancaq Tehran bunun qarşısını necə ala bilər ki? Tehranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən, Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməsidir. Ancaq Tehranda bunu bacarmırlar, “adətlərindən” əl çəkmirlər, “qırmızı cizgilər” siyahısına Qarabağ separatçılarını da daxil ediblər”.

Tarix
2023.10.02 / 12:00
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Tehranın Bakıya “hücum” taktikası – İran nədən qorxur?

Bakının sərt etirazına Tehrandan cavab

İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi

İran yenə həddini aşdı - Videosüjet

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

Tramp və Mask hədəfdə: milyarderin Putin və Si ilə əlaqəsi…

Suriyada Osmanlı ilə bağlı bu ifadə dəyişdirildi - Foto

Türkiyə sürətlə güclənir: İrəvan əlaltıdır - Karapetyan

İranda aqoniya: Əliyevə qarşı qeyri-etik davranış…

General Polad Həşimovun doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla