Yuxarı

Novruz Məmmədov ABŞ-la münasibətlərdən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruz Məmmədov ABŞ-la münasibətlərdən danışdı

Azərbaycan-ABŞ münasibətləri müstəqillik illərimizdə uğurlu və zəngin yol keçib. Bu münasibətlər həmişə xarakter və əhəmiyyətini saxlamağa qadirdir.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, bu münasibətlər təsadüfi maraqlar üzərində qurulmayıb: "Azərbaycan postsovet məkanında ABŞ və Avropa ilə uğurlu əməkdaşlıq edən bir dövlətdir. Bu münasibətlərin əsasını Heydər Əliyev qoyub, daha sonra Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üzərində qurulan bu münasibətlər prezident İlham Əliyev tərəfindən davam etdirilib. Əməkdaşlıq əlaqələrində hansısa problemlər ola bilər. 21-ci əsr dövlətlərin maraqları uğrunda mübarizənin gərgin xarakter alması ilə diqqət çəkir".

N. Məmmədov qeyd edib ki, prezident İlham Əliyev və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan arasında görüş çox konstruktiv, qarşılıqlı anlaşma əsasında keçib: "Bu görüşün əhatə dairəsi də geniş oldu. ABŞ və Azərbaycan arasında qurulmuş əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparıldı. Azərbaycan və ABŞ arasında enerji sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub, bu gün yüksək səviyyədədir. ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq edilib. Müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak etmişik, bu gün Əfqanıstanda bu missiya davam edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyalara Azərbaycan böyük töhfə verib".

N. Məmmədovun sözlərinə görə, "Əsrin müqaviləsi"nin imzalanmasından tutmuş, enerji xətlərinin şaxələndirilməsinə qədər, ABŞ-ın böyük dəstəyi olub: "Görüşdə ABŞ və Azərbaycan arasında əməkdaşlıq münasibətləri geniş təhlil edilib və əlaqələrin bundan sonra da yüksək perspektivinin olduğu, əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Münasibətlərin belə xarakter alması təbii və məntiqidir. Müxtəlif vaxtlarda münasibətlərdə müəyyən qədər soyuqluq olduğu qeyd edilib. Çünki Azərbaycan prezidentinin əsas vəzifəsi mili maraqlarımızın qorunması, müdafiə edilməsidir. Nəzərə almaq lazımdır ki. ABŞ-ın ən yaxın müttəfiqi İsraildir, lakin onlar arasında da müəyyən fikir ayrılığı yaranır, sonra anlaşırlar. Azərbaycan da haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir. Bu görüşdə qarşılıqlı anlaşma istiqamətində mühüm addımlar atıldı, gələcək əməkdaşlıqda da bu, özünü göstərəcək".

Tarix
2016.01.14 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla