Yuxarı

AŞPA-dakı nümayəndə heyətimizin yeni tərkibi açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Bu barədə Report-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, nümayəndə heyətinin üzvü Rövşən Rzayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib və tərkibə 3 yeni deputat daxil edilib.

Bunlar hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Vüsal Hüseynov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, bitərəf deputat Müslüm Məmmədovdur. V.Hüseynov əsas heyətdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, YAP üzvü Əli Hüseynlini, E.Musayev əvəzedici heyətdə Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimlini, M.Məmmədov isə keçmiş deputat (bitərəf) Aydın Abbasovu əvəz edib.

Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.

Tarix
2016.01.18 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla