Yuxarı

Nazir polkovniki onun xahişi ilə işdən çıxartdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir polkovniki onun xahişi ilə işdən çıxartdı

Fövqələdə Hallar Nazirliyi (FHN) Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi, polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu ilin avqust ayında sözügedən vəzifəyə təyin edilən polkovnik Sahib Rzayev başqa dövlət qurumunda yeni vəzifəyə keçməsi ilə əlaqədar nazir, general-polkovnik Kəmaləddin Heydərova işdən çıxması ilə bağlı müraciət edib.

Nazirin müvafiq əmri ilə polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub. Kəmaləddin Heydərovun digər əmri ilə qurumun Məxfi İdarəsinin əməkdaşı Vüsalə Ömərli Fövqəladə halların xəbərdar edilməsi idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, polkovnik Sahib Rzayev Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi sabiq rəisi olub. Onun rəhbərlik etdiyi qurum bu ilin iyun ayında iki yerə bölünüb. Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib. Sahib Rzayev isə avqust ayında Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.

Tarix
2023.11.20 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla