Yuxarı

Erməni kilsələri fahişəxanaya çevrilib - Baqdasaryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada 23 ildən çox işləmiş arxiyepiskop Ezras özünü keşiş kimi təqdim edib və bu ad altında Rusiyada reketçiliklə məşğul olan güclü cinayətkar mafiya yaratmağı bacarıb. Gəlin 1996-cı ildə inşasına başlanan, lakin nədənsə 2013-cü ildə başa çatdırılan erməni məbədi kompleksinin tikintisindəki kütləvi fırıldaqlardan başlayaq. Təsəvvür edin, Moskvada kilsə tikmək təxminən iyirmi il çəkir, ermənilər isə altı aya öz ticarət mərkəzlərini tikirlər.

Axar.az xəbər verir ki, bu barədə erməni bloger Roman Baqdasaryan Feysbuk səhifəsində deyib.

“Tikintinin 2001-ci ildə başa çatdırılması planlaşdırılırdı. Qaregin (katolikos – red.) və qardaşı Ezras kilsə tikməkdən pul qazanmağa qərar verib, müxtəlif bəhanələrlə erməniləri “sağıb”, kilsə tikintisini 20 ilə yaxın uzatdılar. Hətta 2013-cü ildə Moskvanın vitse-meri Vladimir Resin erməni oliqarxları başına toplayıb onları biabır etməsəydi, məbəd təhvil verilməzdi. Resin demişdi: “Ermənilər, siz altı aya ticarət mərkəzləri tikirsiniz, amma iyirmi ilə yaxındır ki, bir dənə kilsəni tikə bilmirsiniz. Utanırsınız?” Əslində, Rusiyada erməni kilsələrinin tikilməsi ideyasının özü də Rusiyanın bütün regionlarında ermənilərin ciblərini boşaltmaq məqsədi ilə yaranıb. Ezras və dəstəsi zərgərlik dükanları, gözəllik salonları, banket kompleksləri olan bütün erməniləri dəhşətə gətirir, hədə-qorxu ilə pul alırlar. Bütün Nijni Novqorod erməniləri bunu bilir. Qaregin və qardaşı Ezras Moskvadakı kilsəni ticarət məntəqəsinə çevirərək oranı casus aurası ilə doldurdular. Onlar burada Rusiya FTX-yə erməniləri izləmə məntəqəsi yaradıblar.

Nəzərinizə çatdırım ki, Nevski prospektində kilsənin yaxınlığında yerləşən Sankt-Peterburqun erməni icmasına cavabdeh olan Ezras bandası və nəzarətçi Bako Saakyan erməni icmasının binasını mehmanxana və motelə çevirib. Sankt-Peterburqun bütün donjuanları fahişələri Nevski prospektindən erməni kilsəsinin həyətindəki erməni otelinə sürükləyirlər”, - o bildirib.

Tarix
2023.12.04 / 13:10
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezidentlər Yeni Şuşa məscidində işlərlə tanış oldu

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...

Prezidentlərin geniş tərkibdə görüşü: Sənəd mübadiləsi... - Foto

Prezidentlər Şuşada təkbətək görüşdü

BƏƏ prezidenti Şuşada belə qarşılandı - Fotolar

Lavrov təsdiqlədi: Azərbaycan imtina edib!

Prezidentin Şuşada verdiyi tarixi mesajlar - 15 sentyabr detalı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla