Yuxarı

“Freedom House” ermənilərə xidmət edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Freedom House” ermənilərə xidmət edir”

"Freedom House" təşkilatının açıqladığı hesabat birbaşa Azərbaycana olan qərəz və nifrətdən irəli gəlir.

Bu sözləri Axar.az-a açıqlamasında QHT rəhbəri Niyaməddin Orduxanlı sözügedən təşkilatın hesabatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu qurum hər zaman Azərbaycanın milli maraqlarının əleyhinə fəaliyyət göstərib:

"Hesabatda qeyd olunur ki, Azərbaycan "qeyri-azad ölkə"dir, Ermənistan isə "yarım-azad". Ermənistanda son prezident seçkilələrinin nəticələrinə etiraz edən minlərlə vətəndaş hakimiyyət qüvvələri tərəfindən gülləbaran edildi, rəsmi məlumata görə, onlarla mitinq iştirakçısı qətlə yetirildi; yüzlərlə etirazçı həbs edildi, döyüldü, təqib olundu. Bu gün Ermənistanda onlarla jurnalist, vətəndaş cəmiyyətinin nümayəndəsi və s. həbsdədir. Bu ölkədə təhdid altında olan, işgəncələrə məruz qalan ictimai fəalların Azərbaycana qaçdığının da dəfələrlə şahidi olmuşuq. Belə olan halda Ermənistan necə "yarım-azad ölkə", Azərbaycan "azad olmayan ölkə" ola bilər?"

N.Orduxanlı qeyd edib ki, bu cür qurumlar Azərbaycanın dövlət maraqlarına zərbə vurmaq üçün hər fürsətdən istifadə edir, bəlli dairələrin sifarişlərini, istəklərini yerinə yetirirlər:

"Bu təşkilatın rəhbərliyində olan şəxslər dünyada fəaliyyət göstərən erməni lobbiçiləri ilə yaxın münasibətləri ilə seçilirlər. Və bunu da Azərbaycan xalqı bilir, onların bizə qarşı qərəzli münasibətindən hər kəsin xəbəri var".

Xatırladaq ki, "Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatı 195 ölkədə təməl azadlıqların durumu ilə bağlı "2016-cı ildə dünyada azadlıqlar" adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan "qeyri-azad ölkə" kimi qeyd edilib. Təşkilatın bu acıqlaması Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən kəskin etirazla qarşılanıb.

Tarix
2016.01.29 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla