Yuxarı

Azərbaycana tez-tez edilən hücumun səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycana qarşı guya dini etiqad azadlığının və ya tolerantlığın ciddi şəkildə pozulması ilə bağlı iddiaları tamamilə saxtadır, çünki Azərbaycan multikulturalizm siyasəti ilə dini etiqad azadlığının təmin edilməsi, bütün etnik qrupların nümayəndələrinin öz adət-ənənələri çərçivəsində yaşaması imkanı baxımından başqa ölkələrə nümunə ola bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Son vaxtlar Azərbaycana tez-tez baş verən “hücumlar” ABŞ-a potensial sanksiyaların tətbiqi üçün əsas kimi lazımdır. ABŞ-ın Bakıya təzyiqini artıran bir neçə hal üst-üstə düşdü. Birincisi ABŞ-da güclü erməni lobbisinin, ermənipərəst sistemin olmasıdır. Bu lobbi dövlət orqanlarında fəaliyyət göstərir, ABŞ-da çoxlu sayda erməni iş adamı yaşayır, erməni lobbisi ilə əlaqəli bir çox KİV var. Və ABŞ-dakı bu ermənipərəst sistem nə Azərbaycanın güclənməsi sayəsində Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklikləri, nə də Azərbaycanın nəinki regionda, hətta dünyada rolunun artması və eləcə də Qarabağ münaqişəsinin bitməsi ilə razılaşa bilmir. Son nəticədə Azərbaycanla Ermənistan arasında yaxınlaşan sülh onların xoşuna gəlmir.

Rusiya ilə Qərb arasında müharibə var. Bu müharibədə ABŞ başqa vasitələrlə yanaşı, Rusiyanın müttəfiqlərindən də ona qarşı istifadə etməyə çalışır. Cənubi Qafqazda Ermənistan sabitliyi pozmaq vasitəsi kimi istifadə olunur. Qərb, bildiyiniz kimi, onu Rusiyadan qoparmağa, KTMT və Aİİ-dən çıxmasına nail olmağa çalışır. Bu, qərbyönlü siyasətçi Paşinyan hakimiyyətə gəldikdən və İkinci Qarabağ müharibəsində Ermənistanın tam məğlubiyyətindən sonra yaranıb”, - o bildirib.

Markovun sözlərinə görə, ABŞ Cənubi Qafqaza nəzarət etmək üçün Azərbaycana təzyiq etmək istəyir:

“Amma Bakı ilə bu mümkün olmayacaq. Bu gün Azərbaycan güclü suveren dövlətdir, xüsusən də Qarabağ münaqişəsi həll edildikdən, onun suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra. Yeri gəlmişkən, ABŞ-ın özünün “azadlıqla” ciddi problemləri var. Bunlara afroamerikalı əhalinin polis tərəfindən dəfələrlə öldürülməsi, jurnalistlərin təqib edilməsi və s. nümunədir. Buna görə də əlbəttə ki, burada kimisə mühakimə etmək ABŞ-ın işi deyil. Bundan əlavə, eyni azadlıq məsələsi baxımından Ermənistana diqqət yetirməyə dəyər. Və burada hər şey tamamilə şəffafdır. Axı məhz Ermənistan azərbaycanlı əhalini öz doğma yurdundan didərgin salaraq onlara qarşı soyqırım törədib və məlum olduğu kimi, azərbaycanlı əhali müasir Ermənistan ərazisindən qovulub. Azərbaycanlıların mədəni-tarixi irsi, əsasən də İrəvandakı irs saxtalaşdırılmaq məqsədilə yerlə yeksan edildi ki, orada İrəvan xanlığından əsər-əlamət qalmasın”.

Tarix
2024.01.09 / 12:22
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla