Yuxarı

“Ordu günü” iddiası: Nikol yox, Köçəryan olsaydı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda bu gün qeyd edilən ordu günündə müxalifət təmsilçiləri “Azərbaycanla müharibədə Ermənistan ordusu məğlub olmayıb, hakimiyyət məğlub olub” kimi məntiqsiz ifadələr işlədirlər. Yəqin bununla həm ordunu zərbə altından çıxarmaq, həm də “məğlub sindromundan” qurtulmaq istəyirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda ordunun yaranmasının 32-ci ildönümü ilə bağlı müxalifətin açıqlamalarını şərh edərkən deyib.

O bildirib ki, görünür, erməni müxalifəti hesab edir ki, hakimiyyətdə Nikol Paşinyan deyil, Robert Köçəryan və ya Serj Sərkisyan olsaydı, Ermənistan ordusu məğlub olmayacaqdı:

“Unudurlar ki, illər uzunu aparılan danışıqların nəticəsiz qaldığını görən Azərbaycan hakimiyyəti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlayırdı və bütün hazırlıqları bu yöndə idi. 2016-cı ildə Dördgünlük aprel savaşı da Ermənistana nəticə çıxmaq üçün dərs olmadı. Elə bildilər ki, bu, ötəri müharibədir və davamı gəlməyəcək, Azərbaycan növbəti müharibəyə risk etməyəcək, böyük dövlətlər bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəklər.

Tutaq ki, erməni müxalifətinin söylədiyi kimi, Ermənistanda hakimiyyətdə Robert Köçəryan kimi biri olaydı, bu, nəyisə dəyişəcəkdimi? Yəqin müxalifət təmsilçiləri və ekspertləri düşünürlər ki, Köçəryanın Rusiya ilə yaxınlığı Azərbaycanı müharibədən çəkindirən amil olacaqdı. Azərbaycan Türkiyə ilə hərbi ittifaqı Köçəryan və Sərkisyan hakimiyyətdə olduğu illərdən gücləndirməyə başlamışdı və Kremlin özü də Ankara ilə tərəfdaşlığı gücləndirirdi. Bu amil Azərbaycanın xeyrinə işləyirdi. Türkiyə ilə ittifaq həm də ona görə Azərbaycan üçün vacib idi ki, 1) Azərbaycan Ordusunun modernləşdirilməsi sürətlənsin; 2) Müharibənin başlayacağı halda Türkiyə Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırsın. Bunun hər ikisi uğurla həyata keçirildi.

Azərbaycan torpaqlarını geri qaytarmaq üçün həlledici həmləyə hazırlaşırdı. Köçəryan hakimiyyətdə olsaydı belə, Rusiya Azərbaycanı durdurmayacaqdı. Rusiya Türkiyə amilini də nəzərə alaraq, Azərbaycanla açıq qarşıdurmaya getməyəcəkdi. Odur ki, erməni müxalifətinin yanlışı var: Azərbaycanla müharibəni yalnız Nikol Paşinyan deyil, Ermənistanın bütün siyasətçiləri, generalları, “dənizdən dənizə” idelogiyasının müəllifləri, Konstitusiyalarını qonşularına ərazi iddiaları üzərində formalaşdıran düşüncə tərzi uduzdu. Nikol Paşinyan dərsini aldı və sanki vəziyyətdən çıxış yolları axtarır, dərsini almayan ermənilər isə hələ də reallıqları qəbul etmək istəmirlər, ancaq alternativləri də yoxdur”.

Tarix
2024.01.28 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla