Yuxarı

Ərdoğanın kürəkəni Bakıya gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 29-da Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Berat Albayrak Azərbaycana səfərə gələcək.

Publika.az-ın məlumatına görə, türkiyəli nazir Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci iclasında iştirak edəcək.

Həmçinin, iclasda Gürcüstan Baş nazirinin müavini, Energetika naziri Kaxa Kaladze, Yunanıstanın Məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panos Skurletis, Albaniyanın Energetika və sənaye naziri Damian Giknuri, Bolqarıstanın Energetika naziri Temenujka Petkova, İtaliyanın İqtisadi inkişaf naziri Federika Quidi, bu ölkənin İqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun İqtisadiyyat naziri Vladimir Kavariç, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hokstayn, Serbiyanın Dağ Sənayesi və Energetika naziri Aleksandr Antiç, Xorvatiyanın İqtisadiyyat naziri İvan Vrdolyak, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və digər rəsmi şəxslərin də iştirakı gözlənilir.

Qeyd edək ki, nazir Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Tarix
2016.02.10 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla