Yuxarı

Nazir ispaniyalı parlamentarlar ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir ispaniyalı parlamentarlar ilə görüşdü - Foto

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya parlamentinin üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin rəsmi saytından "Axar.az"a verilən məlumata görə, görüş əsnasında Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı, idman, təhsil, ispan dilinin tədrisi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın İspaniya ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və parlamentlərarası əlaqələrin vacib rola malik olduğunu diqqətə çatdırıb.

İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və öz doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri haqqında məlumatlı olduqlarını qeyd edərək, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinin məyusluq doğurduğunu vurğulayıb. O, Azərbaycanın mövqeyinin haqq və ədalətə əsaslandığını diqqətə çatdırıb.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycanın mövqeyi barədə İspaniya nümayəndə heyətini ətraflı şəkildə məlumatlandıraraq, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə, BMT TŞ-nin dörd qətnaməsini yerinə yetirmədiyini bildirib.

Tarix
2014.02.06 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla