Yuxarı

Millət vəkili: “Cinayətkarlar önəmli vəzifədədirlər…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Niğdə universitetində millət vəkili Qənirə Paşayeva deyib. Xocalı Soyqırımı ilə bağlı danışan deputat dünya türklərinə səslənib:

"24 ildir Xocalıda soyqırıma məruz qalıb qətl edilən qadınlarımız, uşaqlarımız gözləri gözlərimizin önündən getmir! Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq. Ancaq "Şarli Hebdo" üçün yürüş edən Qərb liderləri, yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən niyə yürüş keçirmədilər? Bu bir insanlıq utancıdır! Bu gün Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Dünya Ermənsitan tərəfindən 1 milyon insanın hüquqlarının pozulmasına səs çıxarmır. ATƏT-in Minsk Qrupu Ermənistana heç bir təzyiq göstərmir. Xocalı Soyqırımından danışmayanlar tarixdə olmayan, qondarma bir soyqırımı güclə qəbul etdirmək üçün Ermənistana və erməni diasporuna ciddi dəstək verirlər".

Millət vəkili eyni zamanda, türk gəncliyini Qarabağ həqiqətləri uğrunda fəal mübarizəyə və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.

Tədbirin sonunda millət vəkili Q.Paşayevaya təşkilatçılar tərəfindən plaketlər təqdim olunub, həmçinin Xocalı Soyqırımı ilə bağlı film nümayiş etdirilib.

Tarix
2016.02.23 / 12:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla