Yuxarı

“Krokus” teraktını kimlər törədə bilər? - Kriminoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Moskvada baş verənlər həqiqətən bütün dünyada rezonans doğuran çox dəhşətli cinayətdir.

Bu sözləri Axar.az-a Moskvada “Krokus Siti Holl”da törədilən tertor haqqında danışan kriminoloq, hüquqşünas Şəmsəddin Əliyev deyib.

Kriminoloq terror aktının bir sıra xarici ölkələrin sifarişi ilə törədilməsi versiyasını istisna etməyib:

“Rusiya İstintaq Komitəsi baş verən hadisəni terror aktı kimi dəyərləndirib. Hazırda 100-ə yaxın ölü və çoxlu sayda yaralı var. Rusiya kəşfiyyatının aidiyyəti qurumları terrorçuları Bryanskda yaxaladığını açıqlayıb. Yeni üzə çıxan məlumatlara görə, silahlılar üç maşında 6 nəfər olublar. Terrorçuların tacik olduğu açıqlandı, amma Tacikistan XİN bunu təkzib etdi. Hadisə mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilib və bunları təlimatlandıranlar var. Əlbəttə ki, İstintaq Komitəsinin hansı ehtimal üzərində duracağını indidən demək mümkün deyil. Terrorçuların Rusiyaya düşmən olan hansısa ölkə və qurum tərəfindən ələ alındığını da güman etmək olar. Rusiya böyük olan ərazisinin hər bir nöqtəsinə nəzarət etməkdə çətinlik çəkir. Yəni belə böyük ərazidə bütün mənalarda nəzarəti təşkil etmək çox çətindir. Proses hələ uzun çəkəcək. İstintaq Komitəsinin aparacağı istintaq-əməliyyat və axtarış tədbirləri çox məsələləri üzə çıxaracaq. Ancaq ilkin müşahidələrimə görə, burada Rusiyaya dost olmayan ölkələrin əli var, müəyyən sifarişlər də mümkündür”.

Şəmsəddin Əliyev terrorçulara qarşı münasibətdə birmənalı şəkildə edam hökmünün tətbiqini vacib şərt hesab edib:

“Terror dünyada bəşəriyyətə qarşı ən ağır cinayət hesab olunur və heç bir halda onlara mərhəmət göstərmək olmaz. Terrorçulara qarşı sərt davranılmalıdır və onlara münasibətdə müstəsna cəza tədbirlərinin, yəni ölüm hökmünün bərpasını zəruri edir. Ortada kifayət qədər öz hərəkətinin fərqində olan, nə etdiyini anlayan, nəticəsini arzulayan və buna yetərincə hazırlaşan terrorçu qrup var. Terrorçunun milləti, Vətəni, əxlaqı olmur. Ona görə də dünyanın harasında olmasından asılı olmayaraq, terrorun cavabı mütləq formada sərt səkildə verilməlidir”.

Tarix
2024.03.23 / 13:19
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla