Yuxarı

Millət vəkili dünyaya çağırış etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili dünyaya çağırış etdi - Foto

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası İzmit bələdiyyəsinin dəstəyi ilə Xocalı soyqırımı abidəsi önündə tədbir təşkil edib.

Axar.az xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar, İzmit bələdiyyə başqan müavini İbrahim Bulud Xocalı soyqırımı ilə bağlı geniş çıxış edərək, bu soyqırımın unutdurulmayacağını deyiblər.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımı barədə geniş çıxış edərək bu soyqırımı törədənlərin indi də Türkiyə əleyhinə fəaliyyət göstərən terror təşkilatlarına yardım etdiklərini və bu canilərin ədalət qarşısında cavab vermələri üçün birlikdə daha da çox çalışmağın vacib olduğunu deyib.

"Bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır" deyən Q.Paşayeva dünyada yaşayan bütün Türk kökənli insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışıb:

"Xocalıda və Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə anırıq, bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışaraq güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanaqqalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".

Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:

"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. işğalçı, soyqırım törədən,terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın əməllərinə artıq duyarsız qalmayın, biz sizi insanlıq naminə Xocalıya ədalət deyənlərin yanında olmağa və bu cinayəti törədnlərin ədalət qarşısında cavab verməsinə yardımçı olmağa çağırırıq".

Tədbirin sonunda Xocalı soyqırımı abidəsinin önünə qərənfillər qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub.

Tarix
2016.02.26 / 13:37
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla