Yuxarı

Rus kəşfiyyatçısı məxfi Xocalı faktlarını açdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımında erməni hərbi birləşmələri ilə bərabər 366-cı motoatıcı alay da iştirak edib.

Axar.az bununla əlaqədar olaraq bir müddət öncə yerli mətbuatda Xocalı soyqırımı zamanı 366-cı motoatıcı alayın xüsusi şöbəsinin rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyevin dərc olunan sözlərini yenidən oxuculara təqdim edir. Məhz Savelyev o zaman Azərbaycandakı vəziyyəti Kreml və Baş Kəşfiyyat İdarəsinə 19 səhifəlik məxfi məruzəsində çatdırır:

"Mayor Aşin Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndinə gəldikdən sonra 366-cı alayın içərisində ermənilər asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yuri Zaviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün verdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri general-mayor Boris Budeykin polkovnik Zaviqarovu buna görə ittiham edib. Əslində, millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi. Qərargah rəisi, podpolkovnik Sergey Kraumnin, birinci motoatıcı batalyonnun komandiri polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri mayor Seyran Ohanyan, üçüncü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodyan ayrı-seçkilik edirdilər. Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü".

Tarix
2016.02.26 / 14:06
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rəsmi Bakıdan ABŞ səfirliyinin iddialarına cavab

Ordumuzun reytinqdə bir pillə geriləməyinə səbəb nədir?

ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanlı əsirin məcburi imzaladığı sənəd yayıldı

Müharibə olmasaydı, əraziləri qaytarmayacaqdıq - Mkrtçyan

ABŞ Ermənistana sərhəd mühafizə qrupu göndərir – Təcili

Bakının iki əsas tələbinə İrəvan razılıq verdi - Abramyan

Elin Süleymanov britaniyalı nazirlə görüşdü

Akkreditasiyadan keçən müşahidəçilərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla