Yuxarı

Britaniyalı deputat Londondakı səfirimizi tənqid etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baranessa Koks növbəti dəfə qalmaqallı açıqlama verib.

"Axar.az"ın məlumatına görə, o, son günlər Azərbaycan-Ermənistan təmas xəttində baş verən insindentə münasibətində ənənəvi ermənipərəst mövqeyindən çıxış edib. Koks atəşkəsə görə Azərbaycan tərəfini qınayıb və əlavə edib ki, Azərbaycan Milli Ordusu erməniləri təxribata çəkir.

O, ölkəmizin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovun da ünvanına bəzi xoşagəlməz fikirlər səsləndirib. Məsələ burasındadı ki, "Guardian" qəzeti bu yaxınlarda Qarabağda olan Anastasiya Teylor-Lind adlı foto-müxbirdən müsahibə dərc edib. İşğalçı erməninin Qarabağda toyundan danışan Lindin açıqlamalarına Azərbaycan səfiri öz etirazını bildirib və əlavə edib ki, müvafiq qurumlarımızın icazəsi olmadan Qarabağa gedən istənilən şəxs barədə daxili qanunvericiliyimizə uyğun ölçü götürüləcək.

Səfirimizin bu xatırlatmasına qarşı çıxan britaniyalı parlamentari erməniləri əzilən və məzlum kimi səciyyələndirib.

Xatırladaq ki, Baranessa Koks illərdir, Azərbaycana qarşı təbliğatın önündə gələn sima kimi tanınır.

Tarix
2014.02.08 / 00:49
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla