Yuxarı

Xocalı soyqırımı Türkiyə TV-sində – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

25-26 fevral 2016-cı il tarixlərində Türkiyənin Konya şəhərində Xocalı soyqırımının anım günləri keçirilib.

Bu barədə Axar.az-a məlumat verən Prezident təqaüdçüləri Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu bildirib ki, 2 gün ərzində Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan Səlçuk Universitetində sərgi təşkil olunub, simpozyum keçirilib, Türkiyə mətbuatında məlumatlandırma aksiyaları reallaşıb.

"Fevralın 25-də jurnalist həmyerlimiz Nihat Hüseynzadə ilə ÜnTV-nin efirində canlı yayımlanan "Günə baxış" proqramının qonağı olduq. Canlı yayımda Xocalı qətliamının hüquqi və siyasi tərəfləri, dünya ictimaiyyətinin diqqətinin faciəyə yönləndirilməsi istiqamətində həyata keçirlən tədbirlər haqqında geniş məlumat verdik. Verlişdə Türkiyə və Azərbaycan münasibətlərinə, iki dövlətin vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətinə, mövcud əlaqələrin daha da genişləndirilməsinə toxunuldu", – deyə Birlik sədri söyləyib.

O da əlavə edilib ki, 26 fevral tarixində Səlçuk Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində keçirilən simpozium Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə gerçəkləşib. Müxtəlif ölkələrdən 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə jurnalist Elşad Eyvazlının ssenari müəllifliyi ilə İrəli İctimai Birliyi tərəfindən çəkilən "Böyüməyən uşaqlar" filmi nümayiş etdirilib.

Tarix
2016.02.27 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla