Yuxarı

Leyen yalan dedi və ifşa etdi – Görüşün görünməyən tərəfi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 apreldə Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan sammitində əvvəlcədən elan edilən heç bir “dönüş” baş vermədi. Halbuki bundan öncə 5 aprel tarixinin Ermənistanın siyasi-iqtisadi taleyində dönüş olacağı bildirilirdi. Elə məhz bu fakt da düşündürücüdür və diqqəti qapalı danışıqlara yönəldir.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal Blinken-Leyen-Paşinyan görüşünün pərdəarxası məqamları haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, “Ermənistanın Rusiyadan iqtisadi asılılığının” azaldılması istiqamətində əvvəlcədən elan edilən və böyük hay-küylə aparılan kampaniyanın nəticəsində Ermənistanın illik təxminən 140 milyon dollar yardım aldığı üzə çıxdı:

“ABŞ illik 65 milyon və Qarabağdan gedənlər üçün 7 milyon, AB isə 67,5 milyon avro (4 il üçün 270 milyon) ayırdığını elan etdi. Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2022-ci il Ukrayna savaşı başlayandan sonra kəskin artıb və 2023-cü ildə 7,3 milyad dolları keçib. 2024-cü il üçün bu rəqəmin ən azı 8 milyard olacağı gözlənilir. Çünki Ermənistan Rusiyanın sanksiyaları dəlməsində müstəsna rol oynayır. Ukrayna savaşı başlayandan sonra Ermənistanın Rusiyaya ixracı 5 dəfəyə yaxın artıb, tarixində ilk dəfə Rusiya ilə ticarət dövriyyəsində müsbət saldo əldə edib. 2024-cü ildə Rusiyadan Ermənistana transferlərin 5 milyardı keçəcəyi gözlənilir, üstəlik, yanacaq subsidiyaları 1 milyard dollardır. Yəni Rusiyadan bu qədər asılılığı aradan qaldırmaq üçün illik 140 milyon dollar çox simvolik rəqəmdir.

Digər tərəfdən, Ursula fon der Leyen dedi ki, Qara dənizdən infrastruktur qurula, Ermənistandan yaşıl enerji ixracı stimullaşdırıla bilər. Əvvəla, bu kommunikasiyanın qurulması böyük zaman və maliyyə tələb edir. İkincisi, Ermənistanda yaşıl enerji yox səviyyəsindədir və Metsamor AES-in üzərindədir. Olmayan bir “enerji” ixracı üçün kommunikasiya təklif etmək absurddur”.

Politoloq vurğulayıb ki, bu fakt 5 aprel görüşünə “iqtisadi don” geyindirmək cəhdlərini ifşa etdi:

“Belə məlum oldu ki, Qərbin Ermənistanı, elan etdikləri kimi, Rusiya asılılığından xilas etmək planı, proqramı yoxdur və heç bu barədə düşünməyiblər də. Heç olmasa Ermənistan kənd təsərrüfatı məhsulları üçün AB bazarlarının açılması üzərində işləyəcəklərini deyə bilərdilər, amma reallığa bənzəyən bu yalanı da dilə gətirmədilər. Əvəzində Leyen daha bir inanılmaz yalan söylədi, dedi ki, Ermənistan AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyaların qorunması üçün mübarizə aparır. Ermənistanın Rusiyaya tətbiq edilən sanksiyaları dəldiyini Avropanın ən məşhur nəşrləri, iqtisadçıları aylardır faktlarla sübut edir və bunu tirajlayırlar. Ermənistanın idxal-ixrac əməliyyatlarında da bu fakt açıq şəkildə görünür. Ona görə də Leyenin beynəlxalq ictimaiyyətə bu qədər ağ yalan söyləməsi heyrət doğurdu”.

Aynur Camalın sözlərinə görə, bu yalanlar, Qara dənizdən “yaşıl enerji” ixracı nağılları əslində Brüssel görüşündə tamamilə fərqli müzakirənin getdiyinə dəlalət edir:

“Əgər iqtisadi məsələ olsaydı, proqram, plan elan edilər, daha ciddi maliyyə yardımı ayrılar, konkret müddət üçün atılacaq addımlarla bağlı sazişlər imzalanardı. Ancaq bunların heç biri baş vermədi və görüş iştirakçılarının açıqlamaları da göstərdi ki, ümumiyyətlə bu barədə əvvəlcədən hazırlıq olmayıb. Ona görə də Blinken, Leyen və Paşinyanın saatlarla qapalı görüşdə nəyi müzakirə etdiyi bir daha diqqət çəkir”.

Politoloqun sözlərinə görə, AB-nin saytında yerləşdirilən bəyanatda da görüşöncəsi açıqlamalarda deyilən sözlərdən kənar heç bir informasiya yoxdur:

“Əgər ciddi iqtisadi plan, Ermənistanın iqtisadi əlaqələrinin şaxələnməsi yoxdursa, bəs bu görüş nəyə lazım idi və niyə bu qədər təbliğ olunurdu? Belə aydın olur ki, bu görüş “iqtisadi maska” altında sırf siyasi-hərbi məsələlərə həsr olunub. Görüş öncəsi – 29 mart-4 aprel aralığında İranın Sərab və Tehran hava limanlarından İrəvana SEPAH-ın sərəncamında olan “Boinq” tipli yük təyyarəsi 5 dəfə xüsusi reys həyata keçirir, Ermənistan ordusu müxtəlif istiqamətlərdə sərhədimizə toplanır və görüşün keçirildiyi gün Azərbaycan əraziləri atəşə tutulur. Bu siyasi-hərbi prosesdə İranın da yer aldığı və buna görə səssiz qaldığı ehtimalını önə çıxarır”.

Politoloq xatırladıb ki, Ermənistanın Rusiyanın iqtisadi asılılığından xilası böyük layihədir və illərlə davam etməlidir:

“Hesablamalar belə idi: Qərb ildə 3 milyard avro yardım edərdisə, 7-8 ildən sonra Rusiyadan asılılığı azaltmaq (aradan qaldırmaq yox) mümkün ola bilərdi. Bu yardımla paralel AB bazarları da Ermənistan mallarının üzünə açılmalıydı. Görüşöncəsi Ermənistanın hakim komandasının ən azı ildə 1 milyard avro əlavə yardıma ümid etdiyi haqda da məlumat yayılmışdı.

Göründüyü kimi, bu, böyük prosesdir. Qərb Ermənistana bu qədər vəsait yatırıb, 7-8 il gözləyə bilərmi? Bir neçə ildən sonra Ukraynada vəziyyətin necə olacağı bəlli deyil, həmin vaxta Paşinyanın da hakimiyyətdə qalacağına kimsə zəmanət vermir. Qərb isə tələsir və belə məlum olur ki, “daha qısa” yol nəzərdən keçirilir – Ermənistanın təhlükəsizliyinə “təhdid yaranır” və buna görə Qərb qüvvələri dərhal bu ölkəyə yerləşdirilir.

Bu baxımdan Azərbaycanın görüşöncəsi ifadə etdiyi narahatlıqda nə qədər haqlı olduğu da üzə çıxır”.

Tarix
2024.04.07 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla