Yuxarı

Misir mətbuatı Xocalıdan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin "Əl-Cumhuriyyə" qəzetində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox insanın öz tarixi torpaqlarından çıxarılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən ağır hadisənin Xocalı soyqırımı olması barədə ətraflı məlumat verilir.

Məqalədə bildirilir ki, Xocalı soyqırımını törətmiş ermənilər və onların havadarları "Cenevrə Konvensiyası", "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi", "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt" və "Qadın və uşaqların fövqəladə hallarda və silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə" kimi sənədlərin kobud şəkildə pozublar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilir, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilir, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə çıxış yolu olduğu vurğulanır.

Tarix
2016.02.28 / 15:21
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla