Yuxarı

İtaliya rəsmiləri Bakıya gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta, İtaliya Prezidentinin diplomatik məsələlər üzrə məsləhətçisi Antonio Zanardi və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti, sabiq xarici işlər naziri Franko Frattini IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfərə gələcəklər.

Axar.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 10-11mart tarixində Bakı şəhərində "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Linda Lanzilotta və Franko Frattini 2015-ci ilin 28-29 aprelində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.

Tarix
2016.03.06 / 01:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Bundan sonra siyasi hücumlara məruz qaldıq - Prezident

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi

Biz imkan verə bilmərik ki... - İlham Əliyev

Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb

Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident

Bu, çox mühüm beynəlxalq platformadır - Prezident

Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla