Yuxarı

Azay Quliyev Vyanaya səfərə getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev Vyanaya səfərə getdi

ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT PA-nın Vyanada keçiriləcək qış sessiyasında iştirak etmək Avstriya paytaxtına səfərə gedib.

İclasda "ATƏT PA-nın qış sessiyasında "Ekstremizmin, radikalizmin və ksenofobiyanın güclənməsinin ATƏT regionuna təsiri", "Ukraynada siyasi vəziyyət" mövzuları ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir. Sessiya çərçivəsində qurumun Demokratiya, insan haqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə komitələrinin iclasları olacaq.

Tədbirlərdə ATƏT regionunda qanunun aliliyi, silahlı qüvvələrə və təhlükəsizliyə parlament nəzarətinin həyata keçirilməsi, bu sahədə milli və beynəlxalq səviyyədə şəffaflığın təmin edilməsi, su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Bundan başqa Siyasi məsələlər və təhlükəsizlik komitəsinin "2014-cü il üçün Aralıq Hesabatı" təqdim ediləcək. Hesabatda regiondakı bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk Qrupunun fəaliyyəti əksini tapıb. ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev hesabatla bağlı çıxış edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək və təkliflərini səsləndirəcək.

Baş Komitənin məruzəçisinin ATƏT Parlament Assambleyasının iyunun 28-də Bakıda keçiriləcək 23-cü illik sessiyası ilə bağlı təqdimatı olacaq.

Səfər 15 fevrala kimi davam edəcək. ("Musavat.com")

Tarix
2014.02.10 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla