Yuxarı

Bakı Ankaranın yanında olduğunu dünyaya göstərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Ankaranın yanında olduğunu dünyaya göstərdi

İstər fevral, istərsə də bu günlərdə baş verən terror aktının başlıca hədəfi türk milləti və Türkiyə dövlətidir.

Axar.az xəbər verir ki, bu haqda öz Feysbuk hesabında analitik Vüqar Zifəroğlu yazıb. O, Ankara terrorunu Türkiyənin son günlərdə apardığı antiterror əməliyyatlarına və Yaxın Şərq siyasətinə adekvat reaksiya olaraq qiymətləndirib:

"Ankaranın hədəf seçilməsi Türkiyəyə təhdiddir. Mesaj rəsmi Ankaranı müəyyən güzəştlərə məcbur etmək xarakteri daşıyır. Terrorun təşkilində yalnız adı çəkilən etnik separatçı və sol-kommunist terror qrupları deyil, eləcə də regionda Türkiyə ilə hədəfləri üst-üstə düşməyən dövlətlər maraqlıdır. Başlıca məqsəd kürd kartını ən kəskin şəkildə yenidən gündəmə gətirmək və bundan təzyiq aləti olaraq istifadə etməkdir. Eyni zamanda, bəzi qüvvələr bu tip aksiyalardan faydalanaraq Suriyada realda imitasiya xarakterli atəşkəsin pozulmasında başlıca səbəbkar kimi Türkiyəni göstərir və bu ölkəni açıq şəkildə regional münaqişəyə sürükləməyi hədəfləyirlər. Bu terror təşkilatları Türkiyəni istəməyən xarici qüvvələr üçün "silahdır" və onlar da bundan maksimum yararlanmağa niyyətlidir. Rusiyanın son iki ayda kürd kartını maksimum dərəcədə qabartması fonunda ABŞ-ın Türkiyəyə Suriyada kürdləri vuraraq, atəşkəsi pozmamaları üçün dəfələrlə xəbərdarlıq etməsi və adekvat olaraq rəsmi Ankaranın türk xalqının özünümüdafiə hüququna sahib olmaları barədə kəskin bəyənatı buna əyani sübutdur. Ankara terroru istər Suriyada, istərsə də İraqda yeni proseslərin başlamasına təkan verəcək".

Analitik bildirib ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan prezidenti tərəfindən irəli sürülməsi istənilən halda Bakının Ankaranın yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirir:

"Qaldırılacaq məsələlər də hərtərəfli və çoxşaxəli olacaq. Azərbaycanla Türkiyənin münasibətləri çoxvektorludur və əminliklə demək olar ki, iqtisadi məsələlər - "Şahdəniz" yatağı və TANAP layihəsinin sürətlənməsindən tutmuş, postsovet məkanında baş verənlər, Yaxın Şərq, eləcə də Rusiya və İranın aktivliyi ilə bağlı bir çox məqamlar da hər iki ölkə prezidentinin müzakirə predmeti ola bilər".

Qeyd edək ki, martın 15-dəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən səfəri Ankara terrorundan dolayı təxirə salınıb.

Bu səbəbdən də iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci toplantısı Ankarada baş tutacaq.

Tarix
2016.03.15 / 21:20
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Zelenski İlham Əliyevi təbrik etdi

Liderlər İlham Əliyevi təbrik edir

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Bu şəxslər amnistiya ilə cəzadan azad ediləcək – Qərar

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla