Yuxarı

Ankarada Qafqaz İslam Ordusuna abidə qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankarada Qafqaz İslam Ordusuna abidə qoyuldu

Ankarada Bakının bolşevik birləşmələri və daşnak dəstələrindən azad edilməsinin 108-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Axar.az xəbər verir ki, təşəbbüsə Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) təşkilati dəstək göstərib.

“Şuşa” Konqres Mərkəzində keçirilən tədbirdən əvvəl Qafqaz İslam Ordusunun əsgərlərinə həsr olunmuş abidənin açılışı olub.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler çıxışında Türkiyə və Azərbaycanın qəhrəmanlarına həsr olunmuş abidənin açılışında iştirak etməkdən qürur duyduğunu bildirib və abidənin Türkiyə və Azərbaycanın qardaş xalqlarını birləşdirən növbəti körpüyə çevriləcəyinə əminliyini ifadə edib.

TADİV-in rəhbəri professor Aygün Attar 1918-ci ildə Bakını erməni millətçiləri – daşnak və bolşeviklərdən azad edən Qafqaz İslam Ordusunun tarixi rolu barədə tədbir iştirakçılarına məlumat verib.

A.Attar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti fonunda Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin və müttəfiqliyinin əhəmiyyətini vurğulayıb.

TADİV rəhbəri daha sonra Qafqaz İslam Ordusu mövzusunda arxiv sənədlərinin elektron bazasının yaradıldığını açıqlayıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə bütün türk dövlətlərinin səylərinin birləşdirilməsinə çağırıb və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının tarixi əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Eldar Əliyev isə Qafqaz İslam Ordusunun əsgərlərinin nümayiş etdirdiyi qardaşlıq ruhunun bu gün də yaşadığını vurğulayıb.

Tədbir alim və ekspertlərin mövzuya dair mərizələri ilə davam edib.

Tarix
2026.09.15 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla