Yuxarı

Paşinyan lənətlənəcək - Zaxarova

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan lənətlənəcək - Zaxarova

Erməni kilsəsinə qarşı təqiblərdə iştirak edənlər (Baş nazir Nikol Paşinyan və komandasının üzvlərini nəzərdə tutur - red.) lənətlənəcəklər. Bunu onlara belə də çatdırın.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “Ermənistan hakimiyyəti tərəfindən erməni kilsəsinə qarşı həyata keçirilən təqiblər” barədə sualı cavablandırarkən deyib.

“Dəhşətli cinayətlər var, amma Tanrıya qarşı müharibə və təqib əsrlər boyu davam edən lənətdir. Tarix bunu sübut edir”, - o bildirib.

Mariya Zaxarova Ermənistan hökumətinin üzvlərini İncil oxumağa çağırıb:

“İndi bunu təkrarlamayacam, özünüz müqəddəs kitabları və İncili oxuyun. Kilsəyə qarşı mübarizə Tanrıya qarşı müharibənin sərhədinə çatan və bilavasitə ora gedib çıxan mübarizədir. Və əlbəttə, bunu edənlər əsrlər boyu davam edən lənətə düçar olacaq”.

Bununla yanaşı, o, “lənət” deyərkən mütləq hansısa mistik hadisənin nəzərdə tutulmasının vacib olmadığını iddia edib:

“Düşünməməliyik ki, hansısa mistik bir şey baş verməlidir. Onlar məhz öz vətəndaşları, öz insanları tərəfindən lənətlənəcəklər. Təəssüf, təəssüf”.

Tarix
2026.09.15 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla