Yuxarı

Abutalıbov Bakıya dəhşətli ziyan vurub - Nazirlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:40

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi iyunun 20-də Bakı şəhərində yerləşən bir sıra tarixi binalarda aparılan təmir-bərpa və abadlıq işləri ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınması ilə bağlı işlərin həyata keçirildiyi bildirilib.

Diqqətçəkən məqam isə qurumun 2000-ci illərin əvvəllərində “qəbuledilməz üsullarla” aparılan təmir-bərpa işlərinə toxunması olub:

“Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalmışdır - qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənmiş, balkon və eyvanlar şüşələnmiş, fasadlarda müxtəlif naqillər və borular çəkilmiş, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənmiş, kondisionerlər və reklamlar quraşdırılmışdır və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verdi. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilmiş, tikililərə bərpası mümkün olmayan ziyan dəymişdir. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub”.

Qeyd edək ki, 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub. Həmin dövrdə paytaxtın baş memarı olan Eldar Qasımzadə də müsahibələrinin birində Bakı şəhərinin icra başçısı təyin olunmuş Hacıbala Abutalıbovla işləyə bilmədiyi üçün vəzifəsindən getdiyini açıqlayıb:

“Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm”.

Görünür, Mədəniyyət Nazirliyi 2000-ci illərin əvvəllərində qəbuledilməz üsullarla paytaxtda tarixi binaların rənglənməsi məsələsinə toxunarkən özünü “Bakının hakimi” elan edən Hacıbala Abutalıbovun həmin dövrdəki fəaliyyətlərini nəzərdə tutub.

Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, bəyanatda söhbət Bakının memarlıq simasından gedir: “İctimaiyyəti narahat edən bütün məqamlar mətndə əks olunub”.

Memarlar İttifaqının sədri, Bakının keçmiş baş memarı Elbay Qasımzadə isə saytımıza açıqlamasında qeyd edib ki, nazirliyin bəyanatda bəhs etdiyi dövrdə göstərişi Baki Şəhər İcra Hakimiyyəti verib.

Tarix
2024.06.21 / 15:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

Obrayenin gəlişi ərəfəsində Bakının bu addımı…

Bayramov Kobaxidze ilə görüşdü

Zakir Həsənov Macarıstana səfər etdi

Onların rahat səs verməsi üçün... – MSK sədri

Bu dairə seçki komissiyalarının tərkibində dəyişiklik oldu

Prezident İnger Andersonu qəbul etdi

Obrayen təkliflə gəlir: Bakının əsas tələbi nədir?

Bu azərbaycanlılar Pezeşkiana qarşı çağırış etdi

Sülh sazişi razılaşdırılıb, bir ay ərzində... - Mirzoyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla