Yuxarı

Bakı ilə Pekin arasında yeni səhifə açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Çinin Astanada imzaladığı “Starteji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə imkan yaradacaq.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O, son illər ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artımının müşahidə edildiyini vurğulayıb:

“2021-ci ildə 1 milyard 780 milyon dollarlıq ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 159 milyon dollar, 2023-cü ildə isə 3 milyard 101 milyon dollar olub. Bu o deməkdir ki, son 2 ildə Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsi 74 faiz artıb. Bu ilin ilk 4 ayında ölkələr arasında 1 milyard 37 milyon dollarlıq dövriyyə qeydə alınıb.

Göründüyü kimi, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. Tərəflər arasında digər iqtisadi əməkdaşlıq nəqliyyat və logistika sahəsini əhatə edir. Azərbaycan Orta dəhlizi dəstəkləyən ölkələrdəndir. Orta dəhliz – “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”, bütövlükdə “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi kimi də qiymətləndirilir”.

V.Bayramovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Orta dəhlizə marağın artması Bakı-Pekin əməkdaşlığını daha da gücləndirəcək:

“Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta dəhlizin əhəmiyyəti daha da artacaq. Nəticə etibarilə Çindən Avropaya daşınan yüklər Azərbaycan üzərindən daşınan yüklərin də əhəmiyyətli artımına səbəb olacaq. Zəngəzur dəhlizi yalnız Çin və Azərbaycan arasında münasibətlərin gücləndirilməsində deyil, bütövlükdə regionda nəqliyyat və logistikanın inkişafı baxımından da vacib hesab olunur. Bu, Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyacaq bir layihədir. Layihə həm Azərbaycanın Çinlə, həm də digər aparıcı ölkələrlə iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.

Bütövlükdə, Astanada imzalanmış Birgə Bəyannamə Azərbaycan ilə Çin arasında strateji əməkdaşlığın dərinləşməsində yeni səhifə açacaq”.

Tarix
2024.07.05 / 16:33
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bakı böyük oyun oynayır, Zəngəzuru itirəcəyik - Danielyan

İrəvanda yeni xof: Bu tarixdə müharibə başlayacaq

Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? - Şok detal

Simonyan azərbaycanlı həmkarı ilə görüşəcək

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Mühüm səbəb: Azərbaycanlılar Gürcüstana geri qayıdır - Video

380 min azərbaycanlı geri qayıtmalıdır - Kılıç

Milyonçular sürətlə bu ölkələri tərk edir

Mən Qərbi Azərbaycandan qovulan nəslin övladıyam

Yeni prezident seçildi, İranla münasibətlər... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla