Yuxarı

Pezeşkiandan heç nə gözləməyin, bacarmayacaq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda keçirilən prezident seçkisi öncəsi Məsud Pezeşkian barədə davamlı olaraq işlətdiyimiz “azərbaycanlı” və “türk” namizəd ifadəsinin müddəti bitdi, bundan sonra onu yalnız İran prezidenti və İranda hakim siyasi-ideoloji sistemin siyasətlərinin icraçısı kimi təqdim etmək lazımdır.

Cənab Pezeşkian özü də Hizbullah terror təşkilatının rəhbəri Şeyx Həsən Nəsrullaha yazdığı məktubda bunu aydın şəkildə ifadə edib.

O, məktubunda İranın bundan sonra da “Müqavimət cəbhəsi”nə (Tehran hökumətinin proksi qüvvələrinə) hərtərəfli dəstəyinin davam etdiriləcəyini, bundan əvvəlki siyasətin dəyişməyəcəyini açıq şəkildə bəyan edib.

“Müqavimət cəbhəsi” adlandırılan terror təşkilatlarının arasında Azərbaycan Respublikasına qarşı olan və ölkədə “islam inqilabı”nı reallaşdırmağa çalışan “Hüseyniyyun” qruplaşmasının da olduğunu unutmayaq.

Məsud Pezeşkianın seçkiqabağı təbliğat və təşviqat kampaniyası prosesində işlətdiyi ifadələr, özünün azərbaycanlı və türk olması, bununla fəxr etməsi barədə çıxışları türklərin səsini qazanmaq niyyəti ilə də olsa, müsbət hərəkət kimi dəyərləndirilməlidir. Ancaq bundan əvvəl də qeyd edildiyi kimi, bu, yalnız onun prezident seçilməsinə kimi azərbaycanlıların milli kimlik, dil və mədəniyyətləri ilə bağlı istəklərinin yüksək tribunalardan səsləndiriıməsinə faydalı ola bilərdi və oldu.

Bundan sonra isə Pezeşkianın haralı olması və milliyyətinin əhəmiyyəti azaldı. O, indi yalnız İran İslam Respublikasının siyasətləri, İranın nöqsanlı konstitusiyası və ağayi Əli Xameneinin göstərişləri çərçivəsində fəaliyyət göstərməyə məhkum və məcburdur.

Bu gün kimi Təbriz, Tufarqan və Üskü şəhərlərini İran parlamentində ləyaqətlə təmsil edən Məsud Pezeşkiandan bundan sonra eyni fəaliyyəti gözləmək gələcəkdə daha böyük xəyal qırıqlığına və məyusluğa səbəb ola bilər.

Uzun illər xarici ölkələrdə qaçqın həyatı yaşayan, özlərini molla rejiminin müxalifi kimi qələmə verənlərin bir neçə gün ərzində Məsud Pezeşkian timsalında Tehran hakimiyyətinə legitimlik qazandırmaq cəhdləri yersizdir.

Tehran rejiminin 45 illik hakimiyyəti dövründə bir neçə dəfə belə hadisə və dəyişikliklər təcrübə edilib, yaşanıb və hər birinin nəticəsi ümumi məyusluq, bezginlik olub.

Burada məsələ Məsud Pezeşkian deyil, problem İranın qüsurlu konstitusiyası, onun dini liderin hegemonluğunu mütləqləşdirən 110-cu maddəsi, onun tam icrasına cavabdeh olan Konstitusiyaya Nəzarət Şurası, onları qoruyan SEPAH və yarım-hərbi “Bəsic” qüvvələrinin mövcudluğudur.

İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı və türk olduğuna görə fəxr etsə də, konstitusiyanın qeyri-fars xalqların milli hüquqları ilə bağlı yarımçıq 15-ci maddəsini belə tam icra edə bilməyəcək.

Tarix
2024.07.10 / 13:36
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla