Yuxarı

Rusiya qərbə qarşı yeni blok yaradır: Çin də qoşuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya qərbə qarşı yeni blok yaradır: Çin də qoşuldu

Çin və Belarus qoşunlarının Belarusun Brest şəhəri yaxınlığında birgə hərbi təlimləri iyulun 19-a qədər davam edəcək. Kod adı “Qartal hücumu” (Eagle Assault) olan bu təlimlər Polşa sərhədindən 5 kilometr aralıda keçirilir. Təlimlərin müddəti də diqqəti çəkib: 11 gün. Antiterror təlimləri çərçivəsində hər iki ölkənin hərbi qulluqçuları gecə desant əməliyyatı, su maneələrinin aşılması və əməliyyatların aparılması üzrə məşqlər edirlər.

Axar.az xəbər verir ki. bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əks olunub.

Bildirilib ki, bu təlimləri NATO-nun Vaşinqton toplantısına cavab kimi qiymətləndirmək olar.:

“Beləliklə, NATO-ya qarşı yeni blok formalaşmaqdadır. Rusiyanın yaratmağa çalışdığı bu bloka Belarus və Çin cəlb edilib. Qərb Rusiyanın Ukraynaya hücumuna qarşı fəaliyyətini genişləndirərkən, Moskva da tərəfdaşlarını ətrafında toplamağa çalışır. Moskva üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı artıq yetərli deyil, daha böyük hərbi quruma ehtiyac duyur. Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsində birbaşa iştirak etməsə də, müttəfiqini logistik dəstək və aviabazalarla təmin edib.

Belarus-Çin birgə hərbi təlimləri Polşa yaxınlığında keçirildiyinə görə Şimali Atlantika Blokunun ciddi narahatlığına səbəb olub. Siyasi ekspertlər təlimlərin “Qartal hücumu” adlandırılmasına da diqqət çəkiblər. Qartal ABŞ-ın milli simvolu sayılır. Əslində Çin ABŞ və digər NATO ölkələri ilə qarşıdurmada maraqlı deyil. Ancaq Tayvan məsələsinə görə Çinlə Qərb arasında münasibətlər gərginləşib. Ona görə də Çin Qərb tərəfindən sıxışdırlan Rusiyaya yaxınlaşmağa məcbur olub. Çin hakimiyyətinə yaxın “Qlobal Tayms” qəzetinidə yayımlanan məqalədə Çinlə Belarusun Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqlarını dərinləşdiyi bildirilib. Məsələ burasındadır ki, Şanxay Əməkdaşlıq Təşkilatı hərbi əməkdaşlığa hədəflənmiş təşkilat deyil”.

Tarix
2024.07.15 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla