Yuxarı

Səfirimiz İrlandiya prezidenti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz İrlandiya prezidenti ilə görüşdü

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə etimadnaməsini İrlandiya Prezidenti Maykl Daniel Higginsə təqdim edib. Səfir Prezident İlham Əliyevin səmimi salamlarını İrlandiya Prezidentinə çatdırıb və ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

AzərTac xəbər verir ki, Prezident M.D.Higgins də təşəkkürünü bildirərək onun xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafına dair fikir mübadiləsi aparılıb.

İrlandiya Xarici İşlər və Ticarət Nazirliyinin mövcud ənənəsinə uyğun olaraq, Tahir Tağızadə etimadnaməsinin surətini İrlandiya Diplomatik Xidmətinin duayeni, səfir Co Brennana təqdim edib.

Mərasimdə iki ölkə arasındakı münasibətlərə dair qısa söhbət aparılıb. Dövlət rəsmiləri yaxın gələcəkdə Azərbaycan ilə İrlandiya arasında ikitərəfli siyasi təmasların daha da artırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsinə ümidvar olduqlarını bildiriblər.

Səfər çərçivəsində T.Tağızadə İrlandiya Xarici İşlər və Ticarət Nazirliyinin Rusiya, Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi xanım Keytriona Doyl, qurumun Protokol idarəsinin rəisi Sile Maguire və müavini Kler Bakli ilə də görüşüb.

Görüşlərdə əsasən, Azərbaycan ilə İrlandiya arasında mədəni əlaqələrdən söhbət açılıb. Bu çərçivədə Bakıda irland icmasının fəaliyyəti, hər il ənənəvi olaraq qeyd edilən Müqəddəs Petrik günü və s. haqqında danışılıb. Həmçinin hər iki cəmiyyət arasında təmasların artırılmasının ölkələrimiz arasında dayanıqlı münasibətlərin qurulmasına yaxşı zəmin yaradacağına əminlik ifadə edilib.

Tarix
2016.04.01 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla