Yuxarı

İlham Əliyevə tar hədiyyə olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılış mərasimində iştirak ediblər.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lentini kəsib.

Dövlət başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi bildirib ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılıb.

Milli Konservatoriyanın kitabxanası da zəruri ədəbiyyatla təchiz olunaraq tələbələrin istifadəsinə verilib.

Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüblər.

Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlərin həyata keçirildiyini deyən prezident İlham Əliyev qeyd edib ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bununla bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini verir.

Bu sırada muğam sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən dövlətimizin başçısı gənc istedadların üzə çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.

Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya milli mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğulayıb.

Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub.

Mərasimdə gənc musiqiçilərin ifasında muğam səslənib.

Qeyd edilib ki, binanın daxilində üzgüçülük hovuzu da qurulub.

Tarix
2014.02.13 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla