Yuxarı

Tiktokda söyüş söyən Rəna Musayeva saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda söyüş söyən Rəna Musayeva saxlanıldı

Sosial şəbəkədə əxlaq normalarını pozan daha bir şəxs saxlanılıb.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, yetkinlik yaşına çatmayan Rəna Musayeva (şərti adla) Tiktok sosial platformasında özünə məxsus “Rena049” adlı səhifəsində canlı yayım açıb. Canlı yayım zamanı nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.

Bu əməlinə görə Rəna Musayeva polis şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Rəna Musayeva bildirib ki, 2 ildir bu səhifəni işlədir. Daim canlı yayımlar açır və özünə aid videolar çəkərək paylaşır. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmə iclasında Rənanın qanuni nümayəndəsi və ərazi üzrə rayon icra hakimiyyətinin yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu da ifadə veriblər. Psixoloq bildirib ki, dəfələrlə Rənanın evinə gedərək, onunla profilaktiki söhbətlər aparılıb. Sonda Rənanın yaşının nəzərə alınması və barəsində cərimə növündə cəza verilməsi istənilib.

Məhkəmənin qərarı ilə Rəna Musayeva 500 manat məbləğində inzibati qaydada cərimələnib.

Tarix
2026.09.08 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla