Yuxarı

Expressbank ucqar kəndlərdə birinciləri sevindirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Expressbank ucqar kəndlərdə birinciləri sevindirdi

Expressbank “Aydın Sabahlar” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib.

Layihə çərçivəsində Qusarın Böyük Muruq, Düztahir, Gican, Mucuq, Əniq, Aladaş, Laza, Kuzun, Suvacal, Yuxarı Qələnxur və Zuxul kənd məktəblərində 2026-cı ilin sentyabr ayında birinci sinfə başlayacaq 60-dan çox məktəbliyə məktəb ləvazimatları hədiyyə olunub.

Bununla yanaşı uşaqlar üçün ilkin maliyyə savadlılığı üzrə maarifləndirici təlim də keçirilib. Təlim zamanı məktəblilərə istək və ehtiyac anlayışlarının fərqi, şəxsi büdcənin formalaşdırılması və vəsaitlərdən düzgün istifadə barədə yaşlarına uyğun, sadə və praktik məlumatlar verilib. Həmçinin uşaqlara istəkləri və ehtiyacları daha asan fərqləndirmələrinə kömək etmək məqsədilə şəkilli yaddaş vərəqləri təqdim olunub.

Korporativ sosial məsuliyyət prinsiplərinə hər zaman sadiq qalan Expressbank təhsilə dəstək istiqamətində həyata keçirdiyi “Aydın Sabahlar” layihəsi ilə artıq üçüncü ildir ki, ucqar kəndlərdə yaşayan uşaqların təhsil həyatına atılan ilk addımlarına töhfə verir. Qeyd edək ki, Expressbank “Aydın Sabahlar” korporativ sosial məsuliyyət layihəsini daha əvvəlki illərdə Qubanın və Lənkəranın ucqar kənd məktəblərində həyata keçirib. Layihə çərçivəsində ölkəmizin ucqar kəndlərində ümumilikdə 200-ə yaxın uşağın birinci sinfə başlamasına dəstək göstərilib. Bank gələcək nəsillərin inkişafına və onların daha yaxşı imkanlarla təmin olunmasına yönələn sosial təşəbbüslərini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Qeyd edək ki, Expressbank Bakı, Qusar və başqa regionlarda 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Tarix
2026.09.08 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla