Yuxarı

Xocalıdakı müəssisələrə mediatur təşkil olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalıdakı müəssisələrə mediatur təşkil olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Xocalı rayonunda əməyin mühafizəsinə dair mediatur təşkil olunub.

Axar.az xəbər verir ki, mediaturun məqsədi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə yaradılmış təhlükəsiz və sağlam əmək şəraitini ictimaiyyətə təqdim etmək, əməyin mühafizəsi sahəsində görülən işlər və qabaqlayıcı tədbirlər barədə məlumatlılığı artırmaq olub.

Mediaturda media nümayəndələri ilə yanaşı, Xidmətin sosial tərəfdaşları olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri də iştirak ediblər.

İştirakçılara əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, tərəfdaş qurumlarla birgə cari ildə Xidmətin Əməyin Mühafizəsi Mərkəzi tərəfindən 73 tədbir keçirib. Bu tədbirlərə ümumilikdə 226 işəgötürən və 2800-dən çox işçi cəlb olunub.

Keçirilən tədbirlər zamanı əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasının təmin olunması, yeni dövlət standartlarının tətbiqi, əmək qanunvericiliyinin əsas tələbləri və mina təhlükəsizliyi qaydaları barədə məlumat verilib.

Mediatur çərçivəsində media nümayəndələri Xocalı rayonunda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC və “Accurate Az” MMC-də olublar. Onlar müəssisələrdə istehsal prosesi, əmək şəraiti, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərə baxış keçiriblər.

Tarix
2026.09.08 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla