Yuxarı

6 rayonun qaytarılması müzakirə edilir - Nalbəndyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
6 rayonun qaytarılması müzakirə edilir - Nalbəndyan

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan sensasion açıqlama ilə çıxış edib.

Virtualaz.az xəbər verir ki, Ermənistan İctimai televiziyasının sualını cavablandıran nazir Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların mahiyyətini açıqlayıb.

Onun sözlərinə görə, tərəflərin müzakirə etdiyi işçi sənədlər əvvəllər müzakirə edilənlərdir. danışıqlarda irəliləyişə səbəb olmayan sənədlər ATƏT-in Vyanadakı ofisinə saxlanmaq üçün verilir.

"Hələ ki saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir. Bütün digər şərhlər yersizdir", - Nalbəndyan belə deyib.

Xatırladaq ki, bir neçə gün öncə 2011-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürülə biləcəyi qeyd olunmuşdu.

Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar.

İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunur. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır.

Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə əsas müddəa isə Bakı və İrəvanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etmələridir.

Tarix
2016.04.14 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla