Yuxarı

Prezident Türkiyə nümayəndə heyətini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Türkiyə nümayəndə heyətini qəbul etdi

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İstanbulda keçirilən 13-cü Sammitində iştirakını məmnunluqla xatırladıb. Dövlətimizin başçısı bu tədbirdə İslam ölkələrinin yüksək səviyyədə təmsil olunmasını Türkiyəyə olan münasibətin təzahürü kimi qiymətləndirib. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə görüşlərinin də səmərəli olduğunu diqqətə çatdırıb.

Türkiyə Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit qardaş və dost ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, türk xalqının bundan məmnun olduğunu bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən "bir millət, iki dövlət" sözlərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin səviyyəsini göstərdiyini vurğulayıb. İsmail Rüştü Cirit bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verdi, yaralananlara şəfa diləyib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib.

Görüşdə ölkələrimizin məhkəmə sistemləri arasındakı uğurlu əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi qeyd olunub.

Tarix
2016.04.17 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla