Yuxarı

Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail HƏMAS və Hizbullah liderlərini aradan götürdü. Ekspertlər hesab edir ki, bu, İranı Yaxın Şərqdə xeyli zəiflədib. Xüsusilə İsmayıl Haniyə, Yəhya Sinvar, Şeyx Həsən Nəsrullahın ard-arada öldürülməsi İsrailin əl-qolunu açacaq.

İran İsraillə proksi qüvvələr üzərindən vuruşurdu. İndi İsraillə təkbətək, baş-başa qalıb. İsraillə İran arasında müharibənin tezliklə başlayacağı deyilir.

Axar.az xəbər verir ki, siyasi şərhçi Vüqar Zifəroğlu Globalindo.az-a açıqlamasında Yəhya Sinvarın öldürülməsinin Yaxın Şərqdə, İsrail-Fələstin münaqişəsində ciddi təhdidlər yarada biləcəyini deyib.

“Sinvar HƏMAS-ın hərbi qanadının təmsilçisi kimi qəbul edilirdi. Təbii ki, onun öldürülməsi nəticəsiz olmayacaq. Onun ölümü özünü HƏMAS daxilində hiss etdirəcək. Belə ki, HƏMAS liderlərinin ölümü daxildə mübarizəyə səbəb ola bilər.

Dünəndən başlayaraq bu məsələ artıq müzakirələrə səbəb olub. Haniyədən sonra Sinvar HƏMAS-ın ən nüfuzlu, xarizmatik lideri hesab olunurdu. Onun ölümü təşkilatda güc boşluğu yaradacaq. Bununla belə, qısa müddətdə bu boşluq doldurula bilər.

Digər bir məqam ondan ibarətdir ki, Sinvarın İsrailə sərt mövqeyi olmasına rəğmən, HƏMAS-ın siyasi və hərbi qanadı arasında balansı təmin etməyə çalışırdı. Onun ölümü sonrası isə bu balans pozula bilər. Yəni HƏMAS İsrailə qarşı daha sərt addımlar ata bilər.

İsrail və ABŞ Sinvarın ölümünü sanki Qəzza və Fələstinə sülhün gəlməsi kimi şərh edirlər. Bu, heç də belə deyil. Sinvarın öldürülməsi HƏMAS-ı aktivləşdirəcək. İsrail ilə Qəzza arasında intensiv atışmalara yol verəcək. Bundan başqa Sinvarın ölümü İranı, onun digər proksilərini aktivləşdirəcək. Misal üçün Həşdi-Şabi qrupu prosesə qoşula bilər”.

Tarix
2024.10.19 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Fidandan Cənubi Qafqazla bağlı açıqlama

Şok: Aleksanyanı Rusiyaya buraxmayan azərbaycanlı oliqarxdır

Azərbaycan və Ermənistan BRİKS-ə üzv olarsa...

İsrail bu uğura necə nail oldu? – Türk general

Bir ay sonra şərtlər dəyişir: Əliyev tələbi artıracaq!

Putin açıqladı: Yalnız İstanbul razılaşması əsasında...

İstanbul görüşü ilə bağlı birgə bəyanat qəbul edildi

Kiyevdən Bakıya qarşı çağırış: Əgər o gəlsə…

Putin Bakıya gəlməyəcək? - BBC

Sülh danışıqları: Bakı və İrəvan razılaşdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla