Ana səhifə Gündəm |
Türkiyənin İstanbul şəhərində "3+3" formatında keçirilən iclasın yekunları üzrə Birgə Bəyanat qəbul edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
"Birgə Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb. Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və əlaqə sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
Bəyannamədə həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyi qeyd olunub. Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək", - XİN-in məlumatında vurğulanıb.
Qeyd edək ki, bu gün İstanbul şəhərində "3+3" formatında xarici işlər nazirlərinin iclası baş tutub.
Tarix
2024.10.18 / 23:22
|
Müəllif
Axar.az
|