Yuxarı

Talıbovun şirkəti məhkəmə qarşısında: müsadirə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tütün məhsullarının istehsalı və satışını həyata keçirən Cahan Tabak MMC barədə müvafiq qurumlar tərəfindən iki protokol tərtib edilib.

Axar.az Modern.az-a istinadən bildirir ki, şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir.

Protokolun biri İnzibati Xətalar Məcəlləsinin 507-ci (İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalı) maddəsi əsasında tərtib edilib. Qanuna əsasən, bu müddəanın pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Şirkət həmçinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda ittiham edilib. Həmin maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İş icraata götürülüb və Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Məhkəmə işi üzrə hakim Gülsüm Əliyevadır.

Qeyd edək ki, “Cahan Tabak Beynəlxalq” (“Cahan Tobacco International”) “Cahan Holdinq”ə daxildir. Uzun illər media bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğunu bildirib. Şirkətin məhsul portfelinə 4 brend ailəsi və 13 siqaret çeşidi daxildir.

Xatırladaq ki, bir neçə gün öncə MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranması barədə xəbərlər yayılıb.

Tarix
2024.10.19 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Fidandan Cənubi Qafqazla bağlı açıqlama

Şok: Aleksanyanı Rusiyaya buraxmayan azərbaycanlı oliqarxdır

Azərbaycan və Ermənistan BRİKS-ə üzv olarsa...

Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir

İsrail bu uğura necə nail oldu? – Türk general

Bir ay sonra şərtlər dəyişir: Əliyev tələbi artıracaq!

Putin açıqladı: Yalnız İstanbul razılaşması əsasında...

İstanbul görüşü ilə bağlı birgə bəyanat qəbul edildi

Kiyevdən Bakıya qarşı çağırış: Əgər o gəlsə…

Putin Bakıya gəlməyəcək? - BBC

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla