Yuxarı

Simonyan Qarabağ savaşına görə Bakıya haqq verdi…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi qədər eyni müsahibədə Rusiyaya atmacaları da diqqətçəkicidir. Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Simonyan bu sözləri deyərkən, nə ABŞ, nə Fransa, nə də İranı nəzərdə tutub:

“Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. Simonyanın 3+3 platformasının sülh danışıqları üçün müzakirə yeri ola bilməsi ehtimalı haqda suala verdiyi cavabda da Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olandan başqa formata ehtiyacımız olduğunu başa düşmürəm”. Yəni Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir. Buna baxmayaraq, İrəvan istəsə belə bu formatdan imtina etməyəcək. Çünki bu, İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək”, - politoloq vurğulayıb.

Tarix
2024.10.20 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Harris İsrailin soyqırım törətdiyini təsdiqlədi – Sensasiya

Bəzi millət vəkililəri bilmədiyi şeydən “dərs” verir

İsrail ordusunda inanılmaz: 140 zabit döyüşdən imtina etdi!

Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Türk ölkəsinə axın: Emin orda böyük layihə başlatdı

Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə

Prezident Zəngilanla bağlı paylaşım etdi

Putin Bakıya gəlməkdən imtina etdi – Doğru qərardır!

Zəngilanın azad olunmasından dörd il ötür

Qarabağda əməliyyat BMT qətnamələri əsasında aparılıb

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla