Yuxarı

İsrail ordusunda inanılmaz: 140 zabit döyüşdən imtina etdi!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunda müxtəlif vəzifələrdə xidmət edən 140-a yaxın əsgər ximətdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Bildirilib ki, əsgərlər imzaladıqları müraciətdə Qəzzada davam edən dəhşətin girovların həyatını ciddi təhlükəyə atdığını bildiriblər. Onlar hökumətin girovlarla bağlı danışıqlarda razılaşma əldə etməyəcəyi təqdirdə xidmət etməyəcəklərini elan ediblər.

Məktubu imzalayanlardan bəziləri hərbi xidməti artıq dayandırdıqlarını, bəziləri isə hökumətin hansı addım atacağını gözlədiklərini vurğulayıb.

“Həyatımızı riskə ataraq, sədaqətlə xidmət edənlər kimi bəyan edirik ki, hökumət dərhal istiqamətini dəyişməsə və girovların evlərinə qaytarılması üçün sövdələşmə əldə etməsə, xidmətə davam edə bilmərik. Qəzzada müharibə girovlar üçün ölüm hökmüdür, bu gün Qəzzada müharibənin davam etdirilməsi təkcə girovların qaytarılmasını gecikdirmək deyil, həm də onların həyatlarını təhlükə altına almaqdır”, - baş nazir, müdafiə naziri və ordu rəhbərliyinə göndərilən məktubda qeyd edilib.

Məktubu imzalayanlardan biri – adının çəkilməsini istəməyən zabit nəşrə bildirib ki, o, ehtiyatda olub və 7 oktyabr 2023-cü il qırğınından dərhal sonra orduya qayıdıb, tank bölməsində xidmət edib, bir müddətdən sonra isə tank bölüyü komandirinin müavini təyin edilib.

Onun sözlərinə görə, müharibənin genişlənməsinə və İordan çayının qərb sahilinə göndərilməsinə etiraz edərək, xidməti dayandırıb.

Zabit bu imtinasının səbəbinin insan haqları ilə bağlı olduğunu deyib:

“Mən hiss edirəm ki, bu müharibə bitməyən mənasız bir müharibəyə çevrilir. Aydındır ki, bizi mənasız və strategiyası olmayan müharibəyə aparan mühüm qüvvələr var”.

O əlavə edib ki, bu qüvvələr insan, o cümlədən girovlar və ərazidə yaşayanlar, eləcə də əsgərlərin həyatına dəyər vermir.

Zabitin sözlərinə görə, çox sayda əsgər var ki, onlar İsrail dövlətinin onlara xəyanət etdiyini düşünür:

“Onlar bizim hərbi maraqlarımıza açıq-aydın xidmət etməyən bir şeyə görə ödədikləri qiymətin yüksək olduğunu düşünürlər”.

Nəşrə açıqlama verən bir çox zabit də oxşar fikirləri ifadə edib.

Tarix
2024.10.20 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ermənistana qarşı “Versal modeli”ni tətbiq edir

Dehlidən, Parisdən verilən silaha ümid etməyin - Qriqoryan

Harris İsrailin soyqırım törətdiyini təsdiqlədi – Sensasiya

Bəzi millət vəkililəri bilmədiyi şeydən “dərs” verir

Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Türk ölkəsinə axın: Emin orda böyük layihə başlatdı

Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə

Simonyan Qarabağ savaşına görə Bakıya haqq verdi…

Prezident Zəngilanla bağlı paylaşım etdi

Putin Bakıya gəlməkdən imtina etdi – Doğru qərardır!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla