Yuxarı

Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii ki, biz Rusiya ilə iqtisadi əlaqələri davam etdirməli və dərinləşdirməliyik. Ermənistan dünyanın istənilən ölkəsi ilə çoxşaxəli iqtisadi əlaqələrə malik olmalıdır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.

Onun sözlərinə görə, yola nəzarət yox, montitorinq lazım ola bilər:

“Ermənistan ərazisindən keçən istənilən yol bizim suverenliyimiz çərçivəsindədir. Təbii ki, regionun digər dövlətlərinin etimad göstərməsi üçün nəzarət yox, ancaq müəyyən monitorinq lazım ola bilər. Bu məsələlər müəyyən qədər texniki, müəyyən dərəcədə siyasi, müəyyən dərəcədə dövlət xarakteri daşıyır. Düşünürəm ki, ölkələr arasında “qızıl orta” tapılacaq”, - Sukiasyan qeyd edib.

Moskvanın Zəngəzurdan keçən yola nəzarət etməkdə israrlı olması ilə bağlı iradlara cavab olaraq deputat deyib ki, istənilən ölkə öz maraqlarını irəli aparmağa çalışır:

“Hər hansı bir dövlətin daha çox əldə etmək istəyi adi haldır. Bir də ki, əksinə olur: ya nəyisə vermir, ya da verir. İndi biz dövlət olaraq digər dövlətlərlə danışıqlarda Ermənistan üçün ən yaxşısını istəyirik. Və burada “qızıl orta” tapılacaq. Düşünürəm ki, biz bu məsələnin üzərində çox dayanmışıq və bununla da əlaqəni çətinləşdiririk. Buna gərək yoxdur. Beynəlxalq birliklər, nizam-intizam, beynəlxalq əlaqələr, dövlətlər arasında imzalanmış müqavilələr var. Nəticədə hər şey həll olunacaq və hesab edirəm ki, Ermənistanın açıq siyasət yürütməsi düzgün olar”.

Tarix
2024.10.23 / 23:04
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Naxçıvanda partlamamış sursatlar aşkarlandı - Video

Bütün Cənubi Qafqaz bundan faydalanacaq - Zaxarova

Türkiyədəki terror hücumuna dünyadan reaksiyalar

MM spikeri türkiyəli həmkarına başsağlığı verdi

İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak etdi - Foto

Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

İlham Əliyev Tokayevlə bir arada - Foto

Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

İlham Əliyev Szinpinlə ayaqüstü söhbət etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla