Yuxarı

Biz ərazilərimizin bir hissəsini itiririk... - Muizzu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz ərazilərimizin bir hissəsini itiririk... - Muizzu

Bərpa olunan enerjiyə daha çox sərmayələrin yatırılması çıxış yoludur.

Axar.az xəbər verir ki, bunu Maldivin Prezidenti Mohamed Muizzu noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ada dövlətlərinin, şəhərlərin, kəndlərin inkişafı bu məsələ ilə bağlıdır:

“Biz ərazilərimizin bir hissəsini itiririk, hərtərəfli bu məsələyə yanaşmalıyıq. Biz birlik olaraq iqlim dəyişmələri qarşısında müqavimət gücünü yaratmalıyıq. Bərpa olunan enerjilərə daha çox sərmayələrin yatırılmasını çıxış yolu kimi görürük. Bütün planetdə qlobal istiləşmənin 1,5 Selsi temperaturda saxlanılmasına nail ola bilərik. Səylərimizi birləşdirməli, hərəkətə keçməliyik".

Maldiv Prezidenti bildirib ki, COP29 iki əsas nəticəni verməlidir:

“Biz əsasən kəmiyyət məlumatlarını əldə etməli, yeni əməliyyat qaydalarını müəyyən etməliyik. Bununla bağlı Paris Sazişində ayrıca maddə də verilib. Hökumətlər arasında əməkdaşlıq olmalıdır. Hökumətlər inkişaf planlarına töhfə verə bilərlər. Artıq hərəkətə keçməliyik, dünyamızı xilas etməliyik”.

Tarix
2024.11.13 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla