Yuxarı

Putinin yeni nüvə doktrinası… - Ərdoğandan reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin yeni nüvə doktrinası… - Ərdoğandan reaksiya

Əlbəttə, hesab edirəm ki, Rusiyanın (nüvə doktrinasının yenilənməsi ilə bağlı) bu qərarı, ilk növbədə, adi silahlardan istifadə ilə bağlı ona qarşı ifadə edilən mövqeyə cavab olaraq atılan bir addımdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan G20 sammiti üçün səfər etdiyi Rio-de-Janeyroda keçirdiyi mətbuat konfransında deyib.

“Hesab edirəm ki, bu məsələyə NATO-dakı rəsmilər baxmalıdır. Rusiyanın özünü müdafiə etmək və özünü qorumaq üçün tədbirlər görmək imkanı olmalıdır və var. Və bu tədbirləri görməli idi. Necə ki, biz NATO ölkələri özümüzü qorumalı və bunun üçün addımlar atmalıyıq”, - o bildirib.

Ərdoğan xatırladıb ki, həm Rusiya, həm də Ukrayna Türkiyənin qonşusudur:

“İndiki mərhələdə biz onlarla ikitərəfli münasibətlərimizi qorumalıyıq. Ümid edirəm ki, biz Ukrayna ilə Rusiya arasında ən qısa zamanda yekun atəşkəsə nail olacağıq və planetin gözlədiyi sülhü təmin edəcəyik”.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin bu gün yenilənmiş nüvə doktirinasını təsdiqləyib.

Tarix
2024.11.19 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

İsa Həbibbəyliyə çətir tutan şəxs ələ salınmalıdır?

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

Tramp işğala hazırlaşır - Putin yardım edəcək?

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto

SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...

Tramp İlham Əliyevə məktub göndərdi

Məşhur amerikalı analitikdən Əliyevlə bağlı möhtəşəm sözlər

İlham Əliyev Davosda Adrian Makdonaldla görüşdü - Foto

İlham Əliyev Davosda Çexiyanın baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla