Yuxarı

Gülarə Zeynalovanın klinikasının əşyaları müsadirə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülarə Zeynalovanın klinikasının əşyaları müsadirə olundu

“Oliva beauty style”ın fəaliyyət göstərdiyi klinikanın əşyaları müsadirə olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, söhbət Bakının Əhməd Cavad 76 ünvanında yerləşən obyektin əşyalarından gedir.

Qeyd edək ki, “Oliva beauty style”ın direktoru, həkim kosmetoloq Gülarə Zeynalovadır. Əşyaların hansı səbəbdən hərraca çıxarıldığı bəlli deyil.

Hərraca çıxarılan əşyalar arasında mebel dəstləri, məişət avadanlığı, eyni zamanda tibbi cihazlar var. Müsadirə olunan əşyaların ümumi dəyəri 100 min manat civarındadır.

Onu da bildirək ki, hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.

Məsələ ilə bağlı Gülarə Zeynalova bildirib ki, sözügedən obyektdə icarə əsasında fəaliyyət göstərir:

"Obyekt mənim deyil. Mən sadəcə, icarə əsasında burada fəaliyyət göstərirəm. Bildiyim qədəri ilə əmlaklar ailə münaqişəsi məsələsi ilə bağlı hərraca çıxarılıb".

Tarix
2026.01.21 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla