Yuxarı

Xamenei özünə varis seçdi: Pezeşkianın “düşməni” gəlir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xamenei özünə varis seçdi: Pezeşkianın “düşməni” gəlir?

İranda ölkənin 85 yaşlı ali dini lideri Əli Xameneinin varisi ilə bağlı müzakirələr yenidən aktivləşib.

Axar.az xəbər verir ki, mövzunun geniş müzakirəsinə səbəb İran Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvinin Xameneinin istəyi və tapşırığı əsasında dini liderdən sonrakı dövr üçün 3 nəfərin namizədliyinin təsdiqləndiyi haqda açıqlamasıdır.

İran Teleqram kanallarının məlumatına görə, Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra Xamenei Ekspertlər Şurasının üzvlərini bir araya toplayıb və İranın gələcək ali rəhbəri olacaq varis məsələsini müzakirə edib. 88 nəfərdən ibarət Ekspertlər Şurası önündə çıxışında Xamenei açıq şəkildə bildirib ki, gec-tez varis məsələsi gündəmə gəlməlidir və şura üzvləri bu barədə indidən düşünsələr yaxşıdır. O, cəmiyyəti də buna yavaş-yavaş hazırlamaq lazım olduğunu deyib.

Seçilən 3 nəfərin kimliyi açıqlanmır. Ancaq iranlı ekspertlər Xameneinin ali rəhbər postuna varisi kimi oğlu Müctəbanı hazırladığını iddia edirlər.

Qeyd edək ki, Müctəba Xamenei ilə İranın Prezidenti Məsud Pezeşkianın münasibətlərinin o qədər də isti olmadığı haqda mediada məlumatlar da yayılıb.

Tarix
2024.11.21 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla