Yuxarı

Libbi Bakıdan mesaj verdi, İrəvan təkzib etdi. Niyə?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin COP29-da çıxışı zamanı Azərbaycan və Ermənistanın hidroloq və mühəndislərinin bölgədə sərhəd çaylarının su ehtiyatlarının vahid idarəetmə sxeminin yaradılması istiqamətində birgə işi barədə məlumat verməsindən dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi bunu təkzib edib. Ermənistan XİN sərhədyanı su ehtiyatlarının idarə edilməsində Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlığın olmadığını bildirib. Ancaq Ermənistan XİN-in açıqlamasındakı sonrakı cümlə təmasların etirafına işarədir: “Bu mövzuda təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub”.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub. O deməyib ki, su ehtiyatlarının birgə idarə olunması mövzusunda iki ölkənin rəsmiləri danışıqlar aparırlar. Səfirin sözlərinə görə, Vaşinqton təmasları dəstəkləyir. Bəs niyə Ermənistan XİN tərəfdaşı olan ölkənin səfirinin sözlərini dərhal təkzib etmək istəyib? Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayarkən bölgənin ekologiyasına böyük zərər vurub. İndinin özündə Ermənistan Araz çayını çirkləndirir və rəsmi Bakı bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırır. Ermənistandakı müəssisələr və mədənlər çirkli sularını və tullantılarını Araz çayına axıdırlar. Ona görə bu problem də iki ölkə arasında müzakirə predmeti olmalıdır. Rəsmi İrəvan bilir ki, ətraf mühitin çirklənməsində məsuliyyəti var. Bu səbəbdən rəsmi danışıqlardan yayınmağa çalışır”, - politoloq vurğulayıb.

Tarix
2024.11.21 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla