Yuxarı

Axar.Az Logo carnation

AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video

Avropa Birliyinin Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlər.

Axar.az xəbər verir ki, bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.

Məlum olub ki, saat 10:25-də Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan aeroportunun ərazisinə Sünik kəndi istiqamətindən AB-yə məxsus 2 ədəd "Toyota" markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər AB-nin əməkdaşının düşməsi (1 nəfər qadın) və bizim ərazini müşahidə etməsi görüntülənib. Saat 11:20-də isə Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən AB-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobillərinin gəlməsi, avtomobillərdən 5 nəfər AB-nin əməkdaşının düşməsi, müşahidə cihazı ilə ərazilərimizi müşahidə etmələri qeydə alınıb.

Quşçu Ayrım kəndi istiqamətində saat 11:00-də sərhəddə, Tiflis-İcevan magistral yolunda 3 ədəd nəqliyyat vasitəsinin dayanması və 3 nəfər AB əməkdaşının ərazini müşahidə etməsi müşahidə olunub.

Sözügedən kənd istiqamətində saat 12:40-da Tiiflis-İcevan magistral yolunda AB-yə məxsus 2-ədəd nəqliyyat vasitəsinin dayanması və 6 nəfər əməkdaşın bizim ərazilər istiqamətində çəkiliş və müşahidə aparması müşahidə olunub.

AB-yə məxsus olan 2 ədəd "Cip" markalı avtomobillə sərhəddin digər istiqamətində 5 şəxsin Azərbaycan ərazisini müşahidə etməsi qeydə alınıb.

Bu aktivləşmələr bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.

AB "müşahidəçiləri"nin erməni hərbçilərlə birgə sərhəd "reydlərini" Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.

AB bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.

Tarix
2024.11.22 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla