Yuxarı

Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Arte.TV telekanalı Azərbaycan haqqında yalnız obyektivlikdən kənar deyil, həm də heç bir əxlaq normasına və insanlığa sığmayan, saxta, riyakar “sənədli film” çəkib.

Axar.az xəbər verir ki, “Ermənistan: Hadisələrin mərkəzində” adlı başdan-başa böhtan olan “sənədli film”in bir hissəsi 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərin guya “deportasiya”sına həsr olunub.

Azərbaycanı şərləməyi hədəfləyən “sənədli film” istehsalçılarının “ermənilərin deport olunması” kimi təqdim etdikləri kadrlar isə Kəlbəcərin işğalı zamanı azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsini əks etdirən görüntülərdir.

Özünü dünya azad mediasının hegemonu kimi göstərən, daim peşəkarlıqları ilə öyünən fransızlar azərbaycanlıların qovulması kadrlarını həyasız, əxlaqsızcasına “məzlum erməni qaçqınlar” kimi göstərir.

Kanalın tapdığı “ekspert” də 90-cı illərdə “məzlum ermənilər”ə Azərbaycanın verdiyi “zülmlər”dən danışıb. Belə ki, Riçard Kirakosyan adlı “ekspert” 90-cı illərdə “məzlum ermənilərə” edilən “zülmləri” qondarma 1915-ci il soyqırımı ilə müqayisə edib. Kirakosyan hətta bir az da irəliyə gedərək deyib ki, Türkiyə və Azərbaycan eyni vəhşilikləri edə bilən qardaş millətlərdir.

İşin daha bir dəhşətli cəhəti bundan sonra baş verənlərdir. Bu “sənədli” saxtakarlıq və riyakarlıq təxminən 3 həftə öncə internet resurslarında yayılıb. Azərbaycanlıların filmə qəti etirazından və həqiqəti şərh bölümündə yazmasından sonra isə kanal növbəti, bu dəfə daha əxlaqsız varianta əl atıb: “sənədli film”ə Azərbaycandan giriş bloklanıb, azərbaycanlıların yazdığı və həqiqəti üzə çıxaran şərhlər, videolar silinib və Azərbaycandan başqa bütün ölkələr üçün film açıq saxlanılıb.

Bu isə o deməkdir ki, bu filmi ərsəyə gətirənlər hansı kadrlardan istifadə etdiklərini, qovulanların və didərginlərin azərbaycanlılar olduğunu əvvəlcədən də biliblər, ifşa olunduqlarını gördükdə isə Azərbaycandan girişi blok edərək, ölkəmizə qarşı saxtakarlığı davam etdiriblər.

Bu, əslində Fransada Azərbaycana qarşı hansı əxlaqsız bir siyasət aparıldığının əyani sübutudur.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu “film”in şərh bölümündə ifşanı davam etdirə, etirazlarını bildirə bilər, eyni zamanda, Azərbaycan XİN-in də reaksiyasına ehtiyac var.

Filmin linkini bu məqsədlə paylaşırıq (Azərbaycanda VPN-lə giriş etmək mümkündür).

Tarix
2024.11.27 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfiri Gəncədə: onların xatirəsini yad etdi

Gəncə ətrafındakı partlayış səsləri… - MN

Bələdiyyə seçkilərinə namizədliyi irəli sürülən şəxslərin sayı...

Menbiçdə Azərbaycan bayrağı, Qarabağ yazısı - Foto

İrəvan Bakıya qarşı iddialarını geri götürür?

5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü

Plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza...

Azərbaycanın iki ölkədə səfirliyi fəaliyyət göstərmir

Əsəd rejiminin Azərbaycana münasibətinə baxın - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla