Ana səhifə Gündəm |
Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub.
Bunu Report-a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.
O qeyd edib ki, aprelin 1-dən bugünədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-ə keçən gecə olub:
"Bu gecə atılan mərmilərin sayını konkret olaraq demək mümkün deyil. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Gecə atəşkəsin pozulması nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Ağdam rayon İcra Hakimiyyəti nümayəndəliyinin mühasibi isə kontuziya alıb. Onlarla evlər dağılıb, yüzlərlə mal-qara qırılıb".
İcra başçısının sözlərinə görə, aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfədlidə 7 ev dağıdılıb:
"Hazırda araşdırma gedir, ola bilsin ki bu rəqəmlər artsın. Bu gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub, kənddə nəyisə nəzarətdə saxlamaq mümkün olmayıb. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndərilib. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir".
Tarix
2016.04.28 / 11:23
|
Müəllif
Axar.az
|